Maliyyə dəstəyi:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu
Həyata keçirilmə vaxtı:
1 iyul 2021 – 1 oktyabr 2021
Tərəfdaş təşkilatlar:
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Qadın Filosofların Beynəlxalq Şəbəkəsinin üzvü (YUNESKO), İslam fəlsəfəsi şöbəsinin direktoru, Asya Fəlsəfə Assosasiyasının Vitse prezidenti Könül Bünyadzadə
“Fransa Azərbaycan Dialoqu Assosiasiyası”
Təşkilatı dəstək:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosialogiya İnstitutu
Gəncə şəhər Nizami Gəncəvi Muzeyi
Nizami Gəncəvi məqbərəsinin rəhbərliyi
Azərbaycan Dillər Universiteti
Azərbaycan Dillər Universitetinin və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin Bakı Amerika Mərkəzi
Layihənin təsviri:
Azərbaycan Respubliksı Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci il Azərbaycan Respubliksında Nizami Gəncəvi ili elan edilməsilə əlaqədar “Sönməz Məşəl” Mədəni Əlaqələr ictimai birliyi “Yeddi gözəl, yeddi mədəniyyət, yeddi planet ” sərlövhəli layihə həyata keçirmişdir.
Layihənin icrasına böyük Azərbaycan şairi Nizami Gəncəvinin ana vətənində olan məqbərəsinə virtual səyahətlə başlanmışdır. Virtual səfər zamanı Nizaminin məqbərəsinə gedən yoldakı divarlar boyunca olan illisturasiyaların əks olunduğu əsərlər haqqında nizamişünas alim son araşdirmalara dair məlumat verilmişdir. Verilən bu məlumat ingilis dilinə tərcümə edilərək layihənin nəticəsi olacaq CD-yə yerləşdirmək üçün arxa fonda illustrasiyaların görüntüsü olmaqla nizamişünas alim danışarkən azərbaycanca olan nitqi ingiliscə subtitrlərlə verilərək video lentə alınmışdır.
Video-diskdə həmçinin Nizamişünas alim Zəhra Allahverdiya əsərdəki müdrik şah obrazının xarakterik xüsusiyyətlərini qabardıb.
Ali dərəcəli gənc qiraətçi Pərvanə Namazova “Yeddi gözəl”dəki yeddi hekayətin qısaldılmış variantını ifa etmişdir.
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərini gələcəyə görərək keçmişdə yazmasının bir təzahürü olaraq Azərbaycan Respublikasının vitse-prezidenti, ABŞ dövlət katibinin və yeddi ölkədən olan nüfuzlu qadınların fotoşəkilləri qısa fəaliyyət tarixçələri Azərbaycan dilində səsləndirilməklə ingiliscə subtitrləri ilə birlikdə video lentə alınmışdır. Video lentdə arxa fonda Q. Qarayevin “Yeddi gözəl” baletindən musiqi səsləndirilmişdir.
Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının üzvü, fransız Filip Jüj bu layihə çərçivəsində Nizaminin yeddi gözəlini əks etdirən xalça toxuyaraq Nizamiu ilinə hədiyyə etmişdir.
“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinın üzvü, tanınmış rəssam Nərminə Vəliyeva N. Gəncəvinin yeddi gözəlinin rəsmlərini, eləcə də böyük şairin portretini çəkərək layihə çərçivəsində Azərbaycan Diasporuna Dəstək Fonduna hədiyyə etmişdir.
Yeddi gözəli əks etditən xalça və haqqında söhbət gedən rəsm əsərləri də video-diskdə yer alıb.
Layihənin məqsədi:
Layihənin əsas məqsədi Nizami Gəncəvi yaradıcılığına yeni bir nəzər salmaqdır. Hələ on birinci əsrdə nəinki Şərqdə, hətta Qərb dünyasında qadınlara yüksək qiymət verilmədiyi halda Şeyx Nizami Gəncəvi “”Yeddi gözəl” əsərində yüksək qiymət verdiyi qadınların sələfləri Vitse-Prezident, dövlət müşavirləri səviyyələrinə ucalaraq müasir dünyanın idarə edilməsində mühüm rol oynayırlar.
Layihə çərçivəsində Nizami Gəncəvinin yalnız zəmanəsi ilə deyil, çağdaş dövrlə ayaqlaşan “Yeddi gözəl” əsərinə virtual bir səfər edərək Nizami Gəncəvi qəhrəmanlarının fəaliyyətləri müasir qadın dövlət xadimlərinin fəaliyyətləri ilə yanaşı qoyularaq ona müasir prizmadan yanaşılıb fəlsəfi baxımdan aktuallığı əsaslandırılmışdır.